Yenifakt.info

Müstəqil xəbərlər portalı

Hadisə

Sabirabadda “Kamaz “və ” Vaz” toqquşub

Sabirabad rayonunda “Kamaz” və “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin ( FHN )  saytına istinadən məlumatına görə, qəza rayonun Şıxlar kəndində yaşanıb. Vətəndaşlara məxsus “Kamaz” markalı yük və “VAZ” markalı minik avtomobillərinin toqquşub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb və aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 12:32-də başa çatıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir