Yenifakt.info

Müstəqil xəbərlər portalı

Hadisə

Əməkdar artist Əsgər Rəhimov vəfat edib

Azərbaycanın əməkdar artisti, Səməd Vurğun adına Dövlət Rus Dram Teatrının aktyoru Əsgər Rəhimov vəfat edib.
Aktyor ağır xəstə olub və üç gün əvvəl qaraciyərindən əməliyyat edilib.
1956-cı ilin noyabrın 27-də anadan olmuş Ə.Rəhimov 1979-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsində ali təhsil alıb. 1978-1988-ci ilə qədər S.Vurğun adına Rus Dram teatrında, sonradan Bakı Kamera Teatrında aktyor vəzifəsində işləyib, 2005-ci ildə yenidən S.Vurğun adına Rus Dram teatrına qayıtıb. Bu illər ərzində teatr səhnəsində bir çox rol oynayıb. O, Nikita (A.Arbuzov “Kobud oyunlar”), Oyunçu (R.İbrahimbəyov “Poxoronı v Kalifornii”), Lukin (M.Qorki “Varvarı”), Bayandur (İ.Əfəndiyev “Büllur sarayda”), Ralf (R.Baer “Qarışıq hisslər”), Kazım (N.Rəsulzadə “Nonsens”), Qraf Kent (U.Şekspir “Kral Lir”), Həkim (K.Hiqqins “Qarold və Mod”) kimi obrazları oynayıb. 9 may 2012-ci il tarixdə Əməkdar artist fəxri adına layiq görülüb.
Milli.az

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir