Yenifakt.info

Müstəqil xəbərlər portalı

Idman

İngiltərə Premyer Liqasının lideri 8 oyundan sonra məğlub olub

“Çelsi” futbol üzrə İngiltərə çempionatının 30-cu turunda keçirdiyi ev oyununda “Kristal Pelas”a 1:2 hesabı ilə məğlub olub.
Ev sahiblərinin qolunu Sesk Fabreqas vurub (5-ci dəqiqə).
Qonaqlardan Uilfrid Zaa (9) və Kristian Benteke (11) fərqlənib.
“Çelsi”nin məğlubiyyətsizlik seriyası 9-cu oyunda qırılıb. Londonlular bütün turnirlərdə ardıcıl 12 oyun idi ki, məğlub olmurdular.
“Çelsi” 69 xal ilə turnir cədvəlində liderliyini davam etdirir, “Kristal Pelas” 31 xal ilə 15-ci idir.
Digər oyunların nəticələri:
“Bernli” – “Tottenhem” – 0:2
“Lester” – “Stok Siti” – 2:0
“Mançester Yunayted” – “Vest Bromviç” – 0:0.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir