
Bu açıqlama ilə iqtisadçı ekspert Qubad İbadoğlu çıxış edib. Onun sözlərinə görə, bu stadionun saxlanılması üçün xərclərin orta məbləğini ifadə etsə bütövlükdə xərclər onun iş yükü, tədbirlərin keçirilməsi intensvliyi, mövsümi amillərə görə dəyişir. İdman infrastrukturunun təyinatına uyğun istifadə olunması sahəsində çətinliklərlə üzləşən stadion rəhbərliyi özünümaliyyələşdirmə mexanizminə keçid üçün səylər göstərsə də hələ ki, xərclərin maliyyələşdirmə sxemində və mənbələrində ciddi dəyişikliklər müşahidə olunmur.
Qeyd edək ki, fiziki və mənəvi aşınmaya görə aylıq saxlanma xərcləri müntəzəm olaraq artan Bakı Olimpiya Stadionu növbəti dəfə 4 ildən sonra AVRO-2020 Avropa Çempionatının 3 qrup mərhələsi və 1/4 final mərhələsinə ev sahibliyi edəcək.