Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

Şirvanda yanacaqdoldurma məntəqəsinə basqın edildi

Şirvanda yanacaqdoldurma məntəqəsinə basqın olub.

 

ANS TV-nin məlumatına görə, basqın nəticəsində məntəqənin operatoru xəsarət alıb. Hadisə mayın 4-dən 5-nə keçən gecə Hacıqabul-Bəhrəmtəpə magistralının üstündə, Şirvan şəhəri ərazisində yerləşən “Nur” yanacaqdoldurma məntəqəsində qeydə alınıb.

 

Mənətəqəyə daxil olan iki naməlum şəxs kassadakı 453 manat pulu götürərək qaçıb. Onlar həmin vaxt iş başında olan Sabirabad rayonu, Qaragüney kənd sakini, 29 yaşlı Əhmədov Elvin Əzim oğluna bədən xəsarətləri yetiriblər.

Yaralı Şirvan Mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilib. Burun sümüyünün sınığı və müxtəlif bədən xəsarətləri diaqnozu qoyulan yaralıya ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı cinayət işi açılıb, hadisəni törədənlərin tapılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir