
Buna səbəb isə təqsirləndirilən şəxslərə çıxış etmək üçün imkan verilməməsi olub.
Təqsirləndirilən şəxslərdən bir neçəsi çıxış edəndə hökuməti tənqid edən fikirlər səsləndirdiyinə görə hakim onların çıxışını dayandırıb və məhkəmədə fasilə elan edib. Bir neçə dəqiqəlik fasilədən sonra geri qayıdıb çıxış üçün prokuror Ceyhun Budaqova söz verəndə bu, təqsirləndirilən şəxsləri hiddətləndirib. Onlar Əmir Bayramovun sədrlik etdiyi kollegiyaya etiraz ediblər. Sözlə etiraz nəticə verməyəndə onlar ayaqqabılarını çıxarıb hakimlərə atıblar.(azadliq.info)