Yenifakt.info

Müstəqil xəbərlər portalı

Idman

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab matçları start götürəcək

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab matçları start götürəcək.
Ilk oyun günündə biri Londonda, digəri Neapolda olmaqla, iki görüş keçiriləcək.
İngiltərədə paytaxt təmsilçisi “Arsenal” Almaniyanın “Bavariya” komandasını qəbul edəcək. Bu kollektivlər arasında Münhendə baş tutan ilk matçda Karlo Ançelottinin baş məşqçisi olduğu kollektiv 5:1 hesabı ilə qalib gəldiyindən, cavab oyunu formal xarakter daşıyır. Düzdür, “topçular”ın möcüzəyə imza atmaq şansı var. Lakin “Arsenal”ın “Bavariya”nı mübarizədən kənarlaşdırması real görünmür.
Günün digər görüşü İtaliyada keçiriləcək. Madriddə Lorenzo İnsinyenin dəqiq zərbəsi ilə hesabı açan, lakin sonradan Kərim Benzema, Toni Kroos və Kazemironun qollarına əngəl ola bilməyən “Napoli” “Real Madrid”i qəbul edəcək.
Turnirin son qalibi olan İspaniya təmsilçisi cütün favoriti hesab edilir. Çünki ilk matçda 3:1 hesabı ilə qələbə qazanan “Real” 1/4 finala yüksəlməyə daha yaxındır.
Çempionlar Liqası
1/8 final mərhələsi, cavab oyunları
23:45 “Arsenal” (İngiltərə) – “Bavariya” (Almaniya)
Baş hakim: Tasos Sidiropulos (Yunanıstan)
İlk oyun – 1:5
23:45 “Napoli” (İtaliya) – “Real Madrid” (İspaniya)
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
İlk oyun – 1:3

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir