
Qərarın dərhal qüvvəyə mindiyi açıqlanıb. “Boavişta” Ağayevə idmançı karyerasında və şəxsi həyatda uğurlar arzulayıb.
“A Bola” nəşri yazır ki, azərbaycanlı qapıçı “Benfika” ilə yanvarın 15-də keçirilmiş ölkə çempionatının XVII tur matçının sonunda rəqib futbolçularla dalaşdığı üçün 3 oyunluq cəzalandıqdan və elə həmin ay Vaqnerin transfer olunmasından sonra baş məşqçi Migel Lealın gözündən düşüb.
Qeyd edək ki, Kamran Ağayev “Boavişta”ya mövsümün əvvəllərində azad agent kimi keçib. O, 6-cı turdan etibarən meydana çıxmağa başlayıb. Ağayev çempionatda 12, ölkə kubokunda isə 2 oyunda forma geyinib.