
Ağdam klubu Samir Abasovun rəhbərlik etdiyi kollektivi ilk iki dövrədə olduğu kimi yenə məğlub edib. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda rəqibini 4:0 hesabı ilə üstələyib.
Bu qələbədən sonra xallarını 45-ə çatdıran “Qarabağ” 1-ci pilləyə yüksəlib. “Qəbələ” bu gün “İnter”lə görüşdə xal itirəcəyi təqdirdə, Ağdam təmsilçisi zirvədəki mövqeyini qorumuş olacaq.
“Sumqayıt” isə 25 xalla 5-ci sırada qalıb.
Azərbaycan Premyer Liqası
XXI tur
4 mart (şənbə)
“Sumqayıt” – “Qarabağ” 0:4
Qollar: Markos Madera, 23. Riçard Almeyda, 45. Muarem Muarem, 49. Bədavi Hüseynov, 60
Hakimlər: Ramil Diniyev, Yaşar Abbasov, Namiq Hüseynov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Rövşən Əhmədov
“Kapital Bank Arena”
İlk iki dövrə – 0:2, 0:3