
İnfantino mətbuat nümayəndələrinə açıqlamasında Dünya Kubokunun komanda sayına İsveçrənin Sürix şəhərində təşkil olunacaq FİFA toplantısında qərar veriləcəyini bildirib.
Komanda sayının artırılmasının ümumilikdə müsbət qarşılandığını deyən FİFA prezidenti vurğulayıb ki, artıq bütün dünyada futbolun keyfiyyəti artır.Qeyd edək ki, hazırki sistem üzrə Dünya Çempionatında 32 milli komanda mübarizə aparır.