Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Cahangir Hacıyevə 15 il həbs cəzası verildi

cahangir_haciyev-bank-300x225Keçmiş bankirin 110 minlik saatı da müsadirə olundu

Əminə Hacıyeva qardaşının sifarişlə cəzalandırdıldığını deyir

Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyevə 15 il həbs cəzası verilməklə yanaşı, həm də bir sıra əmlakı – 110 minlik qol saatı, üzərində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri Cahangir Hacıyev” yazılmış qızıl lövhə və bir ədəd qızıl sikkə müsadirə olunub.
Bundan başqa, Cahangir Hacıyevin üzərinə Beynəlxalq Banka 63 milyon 800 min, “Aqrarkredit” QSC-yə də 7 milyon 423 min manat ödəmək öhdəliyi qoyulub.
Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva jurnalistlərə açıqlamasında qardaşının sifarişlə cəzalandırıldığını bildirib. Sifarişçi kimi isə Maliyyə naziri Samir Şərifovun adını çəkir: “Heç nə sübuta yetirilmədiyi halda, necə hökm verilə bilər? Sifarişli işdi və belə də olmalı idi. Biz bilirdik ki, belə olacaq, ona görə də hazırlıqlı idik. Bu baxımdan, heç təəccüblənmədik. Sifarişli işlər həmişə belə olur. Nə deyirlər, onu da edirlər. Hamınız məhkəmədə gördünüz ki, sifarişçi kimdi. Bu, maliyyə naziri tərəfindən qurama işdir. Bütün qara əməllərə görə bir adamı qurban vermək lazım idi. Bunun üçün də Cahangiri qurban verdilər. Onsuz da vaxt gələcək, hər şey açılacaq”.
Cahangir Hacıyevin vəkili Aqil Layıcov “Azadlıq”a açıqlamasında bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək.Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Cahangir Hacıyev və daha 7 nəfərə hökm oxunub. Hökmə əsasən, Bankın Mərkəz filialının keçmiş müdiri Anar Sultanov və Nərimanov filialının keçmiş rəhbəri direktoru Məmməd Cahangirovun hər biri 7 il 6 ay, Nəqliyyat filialının keçmiş müdiri Kənan Orucov 7 il 23 gün, Mərkəz filialının müdir müavini olmuş İlqar Abdullayev isə 6 il 5 ay 5 gün şərti cəza alıb. İlqar Abdullayev həbsdə idi, o, azadlığa buraxılıb.
Amma indiyədək barəsində polis nəzarətinə vermə qətimkan tədbiri olan Bakı Fındıq Emalı Zavodunun keçmiş rəhbəri, Cahangir Hacıyevin dostu olan Azad Cavadov isə məhkəmədə həbs olunub. Ona 10 il 11 ay 9 gün həbs cəzası verilib. “Beynəlxalq Bank”ın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru olmuş İbrahim Hüseynov 8 il, bankın Mərkəz filialının keçmiş rəhbəri Yusif Ələkbərov 8 il 6 ay azadlıqdan məhrum edilib. Qeyd edək ki, Yusif Ələkbərov filial müdiri olduğu dövrdə müştərilərdən birinin vəsaitini mənimsəmək ittihamı ilə 2013-cü ildən həbsdədir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir