Yenifakt.info

Müstəqil xəbərlər portalı

Idman

“Çelsi” “Mançester Yunayted”i darmadağın edib

celLondonun “Çelsi” klubu futbol üzrə İngiltərə çempionatı çərçivəsində keçirdiyi ev oyununda “Mançester Yunayted” üzərində böyükhesablı qələbə qazanıb.

Görüş “zadəganlar”ın 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda Pedro Rodriqes (1-ci dəqiqə), Qari Kehill (21), Eden Azar (62) və N’Qolo Kante (70) fərqlənib. Sonuncu, “Çelsi”nin heyətində ilk qolunu vurub.

Bu, londonlular üçün cari çempionatda ardıcıl üçüncü qələbə olub. Onlar Premyer Liqada “Mançester Yunayted”ə ardarda 8 oyundur ki, məğlub olmurlar (4 qələbə, 4 heç-heçə).

Hazırda “Çelsi” turnir cədvəlində 19 xal ilə 4-cü, “Mançester Yunayted” isə 14 xalla 7-ci yerdə qərarlaşıb.

“Zadəganlar” oktyabrın 30-da keçiriləcək növbəti turda səfərdə “Sautqempton”un qonağı olacaqlar, “Mançester Yunayted” isə bir gün əvvəl öz meydanında “Bernli”ni qəbul edəcək.(Rebort)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir