Yenifakt.info

Müstəqil xəbərlər portalı

Idman

Avro-2020-nin A qrupunun 3 oyunu Bakıda keçiriləcək

2020-ci il futbol üzrə Avropa çempionatın final mərhələsində qrup oyunlarının keçiriləcəyi stadionlar müəyyənləşib.
Trend-in məlumatına görə, turnirə ev sahibliyi edəcək 12 şəhərin hər birində 3 qrup oyunu keçiriləcək.
Beləliklə, A qrupunun 3 oyunu Bakı Olimpiya Stadionunda, digər 3 oyun isə Romada təşkil olunacaq.
Qeyd edək ki, bundan əvvəl çempionatın Avropanın 13 müxtəlif şəhərində keçirilməsi nəzərdə tutulmuşdu, lakin Brüssel bəzi öhdəlikləri yerinə yetirmədiyi üçün turnirdən uzaqlaşdırılıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir