Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya Siyasət

Rusiyalılar Belarusla viza rejiminin tətbiqini tələb edirlər?

«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, İctimai rəyin öyrənilməsi üzrə Ümumrusiya Mərkəzinin (İRÖÜM) məlumatında deyilir ki, rusiyalıların böyük əksəriyyəti Belarusla viza rejiminin tətbiqinə tərəfdar kimi çıxış edib.

Baxmayaraq ki, rəyi soruşulanlar əsasən, Belarusu dost dövlət adlandırıb, ancaq respondentlərin 78,0 faizi hesab edib ki, İttifaq dövləti çərçivəsində bu ölkə ilə viza rejiminin tətbiqi qaçılmazdır.

18-24 il yaş qrupu arasında bu göstərici 89,0 faizə çatıb. Rəyi soruşulanların 16,0 faizi isə iki ölkə arasında «formal sərhəd»in saxlanmasının tərəfdarı olduğunu bildirib.

Sorğu həm də onu göstərib ki, Rusiya sakinlərinin əksəriyyəti neft və qazın qiymətlərində hətta dəstək əvəzinə olsa belə, müttəfiq dövlətlərə güzəştlərin göstərilməsinin əleyhinədir.

Fevralın 16-dan başlayaraq, Belarusda 80 ölkə ilə (Avropa İttifaqı və ABŞ da daxil olmaqla) vizasız rejimin tətbiqinə keçilib. Bundan sonra Belarusa viza sənədləşdirməsi olmadan qısamüddətli (5 günə qədər) giriş mümkün olacaq və bu qayda Minsk aeroportunda fəaliyyət göstərəcək.

Bundan bir qədər əvvəl Kreml bu məsələni belə şərh etmişdi ki, bu, Belarusun daxili işidir və Rusiya tərəfi bu addıma qarşı deyil. Amma az sonra Rusiya İttifaq dövləti daxilində sərhəd zonalarının bərpasına qərar verdi. Kremldəki mənbə bəyan edib ki, bu qərar dövlətlər arasında münasibətlərin pisləşməsinə səbəb olmayacaq.

Beləliklə, Rusiya Belarusun «vizasız rejimi»nə bu cür reaksiya vermiş oldu.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir