Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

Rusiyanın xarici borcu kəskin artıb

Rusiyanın xarici borcu 2017-ci il aprel ayının 1-nə 529,7 mlrd. ABŞ dolları təşkil edib.
“Rambler News Service” agentliyi xəbər verir ki, bu barədə açıqlama Rusiya Bankı (Mərkəzi Bank) tərəfindən verilib. İlin əvvəlindən Rusiyanın xarici borcu 16,2 mlrd. dollar və ya 3,1% artım göstərib.
Rusiya Bankı iqtisadiyyatın bütün sektorlarında borcun artdığını bildirib. Borc əsasən rus rublunun möhkəmlənməsi fonunda yerli valyutada olan borcların təkrar qiymətləndirilməsi nəticəsində meydana gəlib. Bundan başqa, 2017-ci ilin ilk rübündə dövlət idarəetmə orqanlarının borclarının artdığı vurğulanıb.
Xatırladaq ki, aprelin 7-nə Rusiyanın beynəlxalq ehtiyatları həftəlik müqayisədə 2,2 mlrd. dollar və ya 0,6% azalaraq 395,7 mlrd. dollara düşüb.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir