Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Mixeil Saakaşvili nənəsi Mziya Çereteliylə birlikdə “NEWSONE” Ukrayna telekanalının qonaği olub

 

əı.njmbv

Sabiq Gürcüstan prezidenti, Odessa vilayətinin qubernatoru Mixeil Saakaşvili anası Qiuli Alasaniya və nənəsi Mziya Çereteliylə birlikdə “NEWSONE”Ukrayna telekanalının qonaği olub. ANS PRESS-in məlumatına görə, çanlı yayım zamanı Saakaşvilinin yaxınları marağlı açıqlamalar verib.

Eks prezidentin nənəsi Çereteli nəvəsinə görə, Gürcüstanda onun əmlakına qoyulan həbsdən danışıb.

“Sizə mənə görə, nənəmin hansı xoşagəlməz hadisələrlə üzləşdiyindən danışacağam. Onda artıq mən Gürcüstan prezidenti deyildim, “Qazprom”un şəxsi səhmdarı gəlib və məni cinayət işinin qaldırılması ilə hədələmişdi. O, bildirdi ki, məndə 19 milyard var və onları axtarmağa başladı. Yalnız 4 pencək və bir kaşmir palto tapdılar. Həmçinin bu günə kimi tam tikilib başa çatmayan babam tikən mənzil var idi. Nənəmə məxsus bu mənzilə həbs qoydular. Onun 16 illik “RAV-4″ də həmçinin həbs qoydular. Mənim əmlakımı tapmadılar nənəmin 16 illik “Honda”sını həbs etdilər.  Malik olduğum üzüm sahəsinə də həbs qoydular. Nənəmdən soruşdular ki, bundan sonra nə edəcəksiniz, o cavab verdi ki,… nə dediyini özün danış “, – deyə Saakaşvili nənəsinə müraciət edib.

Prezidentin nənəsi hekayəni davam etdirib: “Gəldilər və soruşdular ki, hər şey həbs edildi indi nə edəcəksiniz. Mən cavab verdim ki, “oliqarx İvanişvili məni öz sarayına zebr və pinqvinlərilə birlikdə məskunlaşdırmaq üçün aparsın”  deməkdən başqa mənə heç nə qalmır “, -deyə Mziya Çereteli qeyd edib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir