Neftçinin ailəsinə telefonda son sözü : “Külək aləmi dağıdır. Kəlmeyi-şəhadəti deyib, oturmuşuq. Gözləyirik”.

Dənizə düşən 10 nəfərdən meyiti tapılan yeganə neftçi olan İ.Qafarovun ailəsi ilə son söhbətinin də məğzi məlum olub. Əməkdaşımız bildirir ki, qəza baş verməzdən əvvəl həyat yoldaşı ilə danışan İ.Qafarov ona belə deyib: “Külək aləmi dağıdır. Kəlmeyi-şəhadəti deyib, oturmuşuq. Gözləyirik”.
O da məlum olub ki, İ.Qafarovun qardaşı da dənizçidir və onlar birgə işləyirlər. Xoşbəxtlikdən Davud Qafarov faciə zamanı xilas ola bilib. Hazırda o, qardaşının nəşi ilə birlikdə sahilə yanaşır. (lent.az)