Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Müasir İnkişaf və Hüquqi Yardım Mərkəzi İctimai Birliyi Samux rayonunda tədbiri.

 

Müasir İnkişaf və Hüquqi Yardım Mərkəzi İctimai Birliyi

Samux rayonunda zərərli vərdişlərin fəsadlarıyla bağlı sonuncu tədbirini keçirmişdir

Azərbaycanda sağalmaz yoluxucu xəstəliklərin 70 faizi narkotika qəbulu zamanı yayılır.

Müasir İnkişaf və Hüquqi Yardım Mərkəzi İctimai Birliyi 14 oktyabr 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşklatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Zərərli vərdişlərdən gənclərin qorunması üçün maarifləndirmə vacibdirlayihəsi çərçivəsində Samux şəhərində sonuncu tədbirini keçirmişdir.dsc_0033

Maarifləndirmə tədbiri Samux rayonu 2 saylı tam orta ümumtəhsil məktəbində keçirilmişdir. dsc_0044Tədbirdə gənc müəllimlər və ictimai işlərdə fəal olan gənclər iştirak etmişlər. Bütövlükdə tədbirdə 30-dək gənc iştirak edərək məlumat almışlar. Tədbiri giriş sözü ilə açan təşkilatın rəhbəri Akif Hüseynov əvvəlcə layihəni dəstəklədiklərinə görə Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşklatlarına Dövlət Dəstəyi Şurasına təşəkkürün bildirərək layihənin aktuallığını qeyd etdi. A.Hüseynov bildirdi ki, sadəcə bir rayonda monitorinq zamanı saxlanılan 10 nəfərdən səkkizinin narkotik maddələrin qəbulu səbəbindən cəzalandığı aşkar edildiyindən bu mövzu müsabiqəyə təqdim edilib.

Sonra söz layihənin məruzəçisi Rafiq Təmrazova verildi. R.Təmrazov zərərli vərdişlərin təsnifatını verərək istər siqaretin, istər spirtli içkinin insanın tibbi sağlamlığına və psixologiyasına təsirini qeyd edərək bildirdi ki, problem əsasən bu vərdişlərə yiyələnən insanların asılı olması ilə və gələcəkdə yarana biləcək xəstəliklərlə bağlıdır. Eyni zamanda məruzəçi bildirdi ki, zərərli vərdişlərin qarşısını inzibati yollarla almaq mümkün deyil. Daha sonra R.Təmrazov xüsusi olaraq narkotik vasitələrdən istifadə və onun fəsadlarında danışdı. Qeyd olundu ki, beynəlxalq narkosindikatlar Azərbaycanın coğrafi mövqeyindən istifadə edərək onu narkotik vasitələrin Müstəqil Dövlətlər Birliyi ölkələrinə və Avropaya aparılmasında tranzit əraziyə çevirməyə cəhd edirlər. Həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bütün sahələrdə olduğu kimi, narkotiklərin ölkə ərazisində qanunsuz dövriyyəsinə də öz mənfi təsirini göstərmişdir. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının 20 faiz ərazisinin işğalı, Azərbaycanın İranla olan dövlət sərhəddinin 132 kilometrinə Ermənistan silahlı qüvvələri tərəfindən nəzarət edilməsi nəticəsində həmin sahədən Avropa və Qara dəniz hövzəsi ölkələrinə, həmçinin, digər dövlətlərə narkotik maddələrin güclü axını həyata keçirilir.

Məruzəçi xüsusi olaraq narkotik vasitələri qəbul edən şəxslərin HİV (QİÇS), vərəm, hepatit və s. xəstəliklərə yoluxma riskinin yüksək olmasını bildirərk qeyed etdi ki, Azərbaycanda HİV-ə yoluxmuş şəxslərin 70%-i məhz narkotik istifadəçiləridir.

Tədbir olduqca interaktiv və xüsusi fəallıqla keçdi. Qarşılıqlı diskussiya şəklində keçən tədbirdə həm də regionda baş verənlər, bu tendensiyayla bağlı mövcud vəziyyətdən danışdılar.

Müasir İnkişaf və Hüquqi Yardım Mərkəzi

İctimai Birliyinin Mətbuat Xidməti

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir