
Onun sözlərinə görə, müəssisənin zabitlərindən biri R.Səfərovun şəxsiyyətini alçaldan hərəkətlərə yol verib, bu azmış kimi, müəssisə rəhbərliyi Rüfətə qarşı tədbir də görüb: “Onlar Rüfətə qarşı qanunsuzluğun ictimailəşdiriləcəyini bildikləri üçün qabaqdangəlmişlik edərək Rüfəti daxili müəssisənin nizam-intizam qaydalarını pozmaqda təqsili bilərək töhmət elan ediblər”.
E.Sabiroğlu deyir ki, problem bununla bitmir, belə ki, Rüfətə qarşı psixoloji- mənəvi təzyiqlər davam edir: “Rüfətlə bir kameraya epilepsiya xəstəsi olan bir adamı salıblar, gecələr yatmır. Qışqırır, hay-küy salır, onun yatmasına imkan vermir”.
Eldar Sabiroğlu bundan irəli gələrək ailəvi olaraq bu ölkədə yaşayıb-yaşamamaq sualı ilə üzbəüz qaldıqlarını bildirib.
Xatırladaq ki, R.Səfərov 2015-ci il dekbarın 20-nə kimi Zərdab rayon prokurorluğunun müstəntiqi olub, dekabrın 20-də hüquq-mühfizə orqanlarındakı qanunsuzluqlara etiraz olaraq bəyanatla bu sistemdən çıxdığını bildirib.
2015-ci il dekabrın sonlarında barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. 2016-cı il yanvarın 22-də həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.
Daha sonra Lənkəran Ağır Cinayətlər Məhkəməsində mıəhkəmə prosesi keçirilib və 9 il müddətinə azadlıqdan məhrum edilib.
Kürdəxanı təcridxanasında saxlandığı vaxtlarda R.Səfərovun yanına 25 il həbs həyatı yaşamış residivist salınmışdı.
R.Səfərovun atası Eldar Sabiroğlu özü vaxtilə YAP-dan deputat seçilib, uzun müddət Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri olub.