İmişlidə siyasi mühacirlərin qohumlarının araşdırılması polislər tərəfindən həyata keçirilir

Əslən İmişli rayonundan olan ailəni yaxın qohumlarından İmişli rayon Polis Şöbəsinin kapitanı Əliyev Səməd soruşmuşdur. Qohumlar polis kapitanından bunun nə ilə bağlı olduğunu soruşduqda, o, bu məsələnin “yuxarıdan tapşırıq” olduğunu bildirmişdir.
Məsələyə münasibət bildirən A.Xələfova onlara görə qohumlarının incidilməsindən narahatçılığını dilə gətirdi: “Bizim ailə üzvümüz olmayan qohumlarımızın incidilməsi yolverilməzdir və Əliyevlər rejiminin əsl simasını göstərir. Azərbaycanda baş verən özbaşınalığa, korrupsiyaya qarşı etiraz etmişik, siyasi məhbusların azadlığını tələb etmişik və hesab edirəm ki, biz bu fəaliyyətimizi davam etdirməliyik ki, Azərbaycanda həmin özbaşınalıqlara son qoyulsun”.