Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar Cəmiyyət Gündəm Hadisə İctimai İnsan haqları Siyasət Xəbərlər

Bloger Maqsud Mahmudov Bakıya gətirilib

Beynəlxalq axtarşda olan Maqsud Mahmudov həbs olunmuşdur. Bu barədə Azərbaycan Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin 2021-ci il sentyabrın 18-də yaydığı birgə məlumatda deyilir.

Məlumata görə, Mahmudov 2020-ci il yanvar ayının 10-dan Azərbaycan Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) axtarışa verilmişdir. 

Məlumatda deyilir ki, Mahmudov  2021-ci il sentyabrın 18-də Ukrayna ərazisində saxlanılaraq Azərbaycana gətirilib və istinataqa təhvil verilmişdir.

Mahmudov Azərbaycan hakimiyyətini və ictimai şəxslər kimi tanınan vətandaşları sərt söyüşlə təhqir və tənqid edən bloger kimi tanınır. Bakıda hökumət əleyhinə aksiyaların iştirakçısı olub.

Turan.az

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir