Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Tənha insanlara sosial xidmət göstərildi

“SAF Həyat Naminə” Gənclər İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Öz evində tənha yaşayan insanlara könüllülətenharin sosial xidmətinin təşkili” adlı layihə başa çatıb.
Birlikdən Mediafakt-a verilən məlumata görə, dörd ay davam edən layihə Bakının Binəqədi rayonunda həyata keçirilib.

Layihə çərçivəsində 40 nəfər könüllü 25 nəfər öz evində tənha yaşayan və sosial vəziyyəti qənaətbəxş olmayan və həyat şəraitləri aşağı səviyyədə olan insanları sosial işçilərlə və bələdiyyə üzvləri ilə birlikdə ziyarət ediblər.

Hər ahıla iki könüllü olmaqla, ziyarət zamanı göstərilən sosial xidmətin hansı səviyyədə təşkil olduğunu təhlil etmək məqsədilə (sosial xidmətin göstərilməsi üzrə standartlar – normativ hüquqi aktlarla sosial xidmət göstərilməsinin keyfiyyətini və həcmini müəyyən etmək baxımından ) ənənəvi sorğular keçirilmiş və anket doldurulub.

Layihənin uğurlu nəticələrinin geniş kütləyə çatdırılması məqsədilə 01-02 noyabr 2016- cı il tarixlərində dəyirmi masalar təşkil olunub. İki gün ərzində “Royal Hotel“də keçirilən tədbirlərdə layihə iştirakçıları, könüllülər, sosial işçilər, bələdiyyə üzvləri, QHT, KİV və ictimaiyyət nümayəndələri iştirak ediblər. Dəyirmi masa iştirakçılarına əyani vəsaitlər paylanmış və layihə çərçivəsində hazırlanmış sosial çarx nümayiş olunub.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir