
Bu gün o, səhhətinin pis olmadı ilə əlaqədar Sabunçu Rayon Məhkəməsinə getməkdən imtina edib. Lakin hakim Həbib Həsənov A.Çovdarovun gətirilməsinə təkid edib və onu oksigen balışı ilə gətiriblər.
A.Çovdarovdan başqa onun idarəsindən daha üç zabit müttəhimlər kürsüsündə əyləşib. Onlar oğurluq, qanunsuz həbs, mənimsəmə, zorla pul tələb etmə və digər ağır cinayətlərdə ittiham olunurlar.
A.Çovdarovun vəkili Kamandar Nəsibov onun vəkillərdən imtina etməsini Turan-a şərh edərkək deyib ki, bu, müdafiə etdiyi şəxsin qərarıdır. O, məhkəmə qərarını “öncədən həll olunmuş”, müdafiə tərəfin işini mənasız hesab edir.
A.Çovdarov məhkəmə heyətinə etiraz barədə vəsatət qaldırıb, ancaq ona baxılmayıb. Hakim iclası noyabrın 15-nə keçirib.