Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

Yeni sərəncam QHT-lərin problemlərini həll etməyəcək

rovshen-agayev-300x2252013-2014-cü illərdə QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyə edilən dəyişiklikləri prosesi izləyənlər yaxşı xatırlayır. Bu dəyişikliklər istisnasız olaraq şəffaflıq təşəbbüsləri ad ilə müstəqil vətəndaş cəmiyyətinin fəaliyyətinin məhdudlaşdırılmasına yönəlmişdi. Məhz həmin dəyişikliklərdən sonra QHT sektoruna kənardan gələn bütün dəstək dayandı.

Əslində şəffaflıq mövzusu o zaman da, bu gün də mübahisə ediləsi məslədir. Səbəbini deyim: 2014-cü ilədək – hüquqi qadağalar tətbiq edilənə qədər xaricdən daxil olan qrant vəsaitləri leqal gəlirdi – yəni hər bir QHT xaricdən aldığı vəsaitləri bank hesabı vasitəsilə qəbul edirdi, bu pulun hansı ölkədən, hansı təşkilatdan gəldiyini sona qədər izləmək olurdu. Yənu bundan artıq şəffaflıq mümkün deyil. Əgər şübhəli köçürmələr olurdusa, dərhal səlahiyyətli strukturların onu zərərsizləşdirmək üçün rıçaqları vardı, indi də var. Yox söhbət həmin qrantların alındıqdan sonra qeyri-şəffaf xərclənməsindən gedirsə, bunun üçün donorların ölkədə fəaliyyətini qadağan eləməyə gərək yox idi. Sadəcə ölkə daxilində mühasibatlıq və vergi hesabatlığı standartlarını sərtləşdirmək olardı. Əslində bütün qrant vəsaitlərinə görə bir neçə orqana (vergi, sosial müdafiə, statistika, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi) hesabatlar verilirdi. Bu 5 quruma gedən hesabatlarda qrant vəsaitlərin hansı şəxslərə maaş və qrant, icarə haqqı, çap və tədbir xərcləri kimi getdiyi sənədlərlə təqdim edilirdi. Bu mərhələdə də bundan artıq şəffaflıq o zaman da mümkün deyildi, indən sonra da mümkün deyil. Bu qurumlar hesabatlarda şübhəli nəsə görürdülərsə, onu yerindəcə araşdırmaq üçün hər cür səlahiyyətə malikdirlər. Fakitiki olaraq hələ o zaman belə heç bir sektor, o cümlədən dövriyyəsi, əməliyyatlarının sayı QHT sektorundan 100 dəflərlə böyük olan biznes sektoru belə vətəndaş cəmiyyəti qədər bir neçə pillələli, çoxsaylı hesabatlılığa malik deyildi. Bu qədər aydın prosedurları və sərt hesabatlılığı olan sektorda “şəffaflıq” yox idi demək ədalətsizlik olardı. Şəffaf olmayan xərcləmələrin olması əlbəttə mümkün idi. Amma bir daha vurğulayıram, bunun üçün fəaliyyəti birdəfəlik qadağan etmək yox, vergi və mühasibat hesabatlılığını daha da sərtləşdirmək olardı.

Bu uzun girişi niyə yazdım?

Dünən ölkə prezidenti QHT qanunvericiliyinə dəyişikliklə bağlı fərman imzalayıb. Təəssüf ki, bu fərman sadaladığım məhdudiyyətləri aradan qaldırmağı hədəfə almayıb. Ən vacib məsələlər nədir? Donorların xüsusi razılıq olmadan ölkədə çalışması – fərman bunu həll eləmir. Qarantların heç bir qurumun əsaslandırması (faktiki icasəzi) olmadan bildrişə təqdim edilməsi – fərman bu məsələni də həll eləmir. QHT-lərin kommersiya qurumları kimi sadələşdirilmiş qeydiyyatı – fərman bunu da həll eləmir.

Həttta MDB məkanında Rusiya və Belorus istisna olmaqla heç bir ölkədə belə məhdudiyyətlərə ehtiyac görmürlər. Qazaxıstan, Qırğızıstan, Tacikstan, Gürcüstan (MDB üzvü olmayan yaxın qonşumuz), Ermənistan, Ukrayna, Moldova faktiki bizdə 2013-cü ilə qədər mövcud olan qaydaları tətbiq edir.

Vəziyyətin ağırlığını bir nüminə ilə izah edim: Xaricdə çox samballı bir təşkilat ölkədə hansısa iqtisadi problemin araşdırılması və bunun region ölkələri üzrə müqayisə edilməsi üçün layihə elan edir. Bizim qanunvericiliyə görə, gərək o təşkilat bizim hökumətə müraciət edə, donor statusu almaq üçün müqavilə imzalaya, sonra layihənin maliyyə və iqtisadi əsaslandırması üçün həm bu təşkilat, həm də çalışmaq istədiyi yerli təşkilat əlavə bir müraciət edə. Hökumət baxa və sonda deyə ki, bu layihə bizim ölkəyə lazımdı, ya deyil. Tutaq ki, dedi lazımdır, sonra ayrılan qrantın müqaviləsi yenidən qeydiyyata alınmaq üçün Ədliyyə Nazirliyinə gedə.
Bizimlə bu layihədə ortaq işitirak edəcək, məsələn Gürcüstan təşkilatı isə bu prosedurların heç birini keçmədən, hətta online qaydada müqaviıə bağlayaraq işə başlayır. Sizcə bu şərtlər alıtnda, əzablı yollardan keçərək beynəlxalq təşkilatlar Azərbaycana niyə dəstək göstərməlidirlər ki?

Məsələn, 2014-cü ildə bizim təşkilatımızın bir beynəlxalq təşkilatla 4 illik layihəsinə xitam verildi. Həmin layihə Gürcüstan, Azərbaycan və Ermənistanda kənd təsərrüfatına və fermerlərə dəstək proqram idi.
Həmin vəsait bizdən çıxıb digər 2 ölkəyə getdi.
Uduzan kim oldu?….

Yazı iqtisadçı-ekspert Rövşən Ağayevin facebook səhifəsindən götürülüb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir