Respublikaçı namizəd Donald Trump gözlənilmədən birinci xanımı kəskin tənqid atəşinə turtaraq deyib ki, Michelle Obamanın yeganə məqsədi onun rəqibi Hillary Clinton üçün kampaniya aparmaqdır.
Şimali Karolinada keçirilən kampaniya mitinqində cənab Trump ölkənin rəhbərliyini “uşaq-muşaq” və “əfəllər” adlandırıb.
O həmçinin Michelle Obamanın 2007-ci ilin prezident seçkisi kampaniyasında guya Hillary Clinton-u tənqid etməsini iddia edib.
Trump deyib ki, Michelle Obama o vaxt guya Clinton-un prezidentliyə yaramadığına işarə edibmiş.
O vaxt Obama kampaniyası Michelle Obamanın xanım Clinton-u nəzərədə tutduğu barədə iddiaları təkzib etmişdi.
“Mən görürəm Michelle Obama Hillary Clintonu necə xoşlayır – deyib Trump Şimali Karolinada onun mitinqinə yığılanlara, – O deyildi, belə bir bəyanat vermişdi ki, “əgər öz evini idarə edə bilmirsənsə, Ağ Evi idarə edə biməzsən? İndi niyə demir o sözləri?..” – deyib Trump.
New York biznesmeni bunu deməklə 2007-ci ildə xanım Obamanın əri üçün xanım Clintona qarşı kampaniya apardığı zaman verdiyi bəyanatı yada salmaq istəyidi.
O vaxt birinci xanım demişdi: “Sən öz evini idarə edə bilmirsənsə, deməli Ağ Evi heç idarə edə biməzsən”.
Bəzi tənqidçilər Michelle Obamanın bu sözlərlə xanım Clintonun əri, keçmiş prezident Bill Clintonla münasibətlərinə işarə edib-etmədiyini sual edirdilər.
Lakin Obama kampaniyası israr edirdi ki, bu bəyanat Clintonlara qarşı verilməyib və əslində Obama ailəsinin kampaniya günlərində valideynlik vəzifələrini yerinə yetirməkdə üzləşdiyi çətinliklər barədə olub.
“Odur ki, biz iş cədvəlimizi elə qurmuşuq ki, qızlarımız bizim üçün birinci məsələ olsun. Ona görə də o kampaniya səfərlərinə çıxanda mən qızlarımızla məşğul oluram. Bu isə o deməkdir ki, yuxudan tez dururam, qızlarımızı məktəbə hazırlayıram, sonra yola salıram və yatmaq vaxtından əvvəl artıq evdə oluram” – deyərək davan etdirmişdi həmin çıxışını xanım Obama.
Cənab Trump öz kampaniyasını davam etdirməzdən bir gün öncə Alfred E Smith Memorial xeyriyyə fondunun New York şəhərində keçirilən illik xeyriyyə şamına dəvət edilmişdi. Bu tədbirdə demokrat namizəd Hillary Clinton da iştirak edirdi. Ənənəyə görə bu müsamirədə prezidentliyə namizədlər bir-birlərini lağa qoyurlar.
Aflred E Smith V CNN telekanalına bildirib ki, cənab Trump öz zarafatlarında “nəzakət hüdudlarını bir qədər aşıb”.
Onun sözlərinə görə Trump-ın atmacaları qonaqların bir o qədər də xoşlarına gəlməyib.
(bbc azəri)