
“Azadlıq” qəzetinin digər əməkdaşı Xəyal Babayev 6 sentyabrda Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə çağırılıb. O iltizama qol çəkdiyindən hansı səbəblə istintaqa dəvət edildiyini deməyib.
“Azadlıq” qəzetinin yayım direktoru F.Əmirliyə Cinayət Məcəlləsinin 283-2-ci (milli, irqi, dini düşmənçilik salma) və 168.1-ci maddəsi ilə (dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında ictimai asayişi pozmaq, yaxud vətəndaşların sağlamlığına zərər vurmaq) ittiham irəli sürülüb. 22 avqustda Nəsimi Rayon Məhkəməsi Faiq Əmirli barəsində 3 aylıq həbs- qətimkan tədbiri seçib.
“Azadlıq” qəzetinin siyasət şöbəsinin müdiri Seymur Həzi də 2014-cü ilin 30 avqustundan 5 il müddətinə həbs olunub. O, artıq 2 ildir ki, həbsdədir. Jurnalist xuliqanlıqda ittiham olunur. “Azadlıq” qəzeti hesab edir ki, hər iki həbs qanunsuzdur.
“Azadlıq” qəzetinin Azərbaycan Nəşriyyatına maliyyə borcu olduğuna görə qəzetin 5 sentyabrdan nəşri dayandırılıb.