Avqustun 20-də yerli vaxtla 22:40-da baş verən terrorda ölənlərin sayı artır. Qazıantep valisi Əli Yerlikayanın verdiyi son məlumata görə, ölənlərin sayı 50 nəfərə çatıb.
***
Türkiyənin Qazıantep şəhərində toy şənliyi zamanı törədilən partlayış nəticəsində 30 nəfər ölüb, 94 nəfər yaralanıb.
Bu barədə Qazıantep valisi Əli Yerlikaya bildirib. O hadisəni terror aktı adlandırıb.
Baş nazirin müavini Mehmet Şimşək NTV telekanalına açıqlamasında partlayışın terrorçu qadın-kamikadze tərəfindən törədildiyini bildirib.
Partlayışın İŞİD terror qruplaşmasının üzvü tərəfindən törədildiyi ehtimal olunur.