Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

Rus generalı: “ABŞ Suriyada kimyəvi təxribat hazırlayır”

ABŞ-ın iştirakı ilə Suriyadakı silahlı müxalifətin – sünni ərəblər və kürdlərdən ibarət Azad Suriya Ordusunun komandanlığı Deyr əz-Zorda zəhərləyici maddələrdən istifadə etməklə ciddi təxribata hazırlaşır.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bəyan edib.
Onun sözlərinə görə, guya kimyəvi silah tətbiqinə dair süni şəkildə hazırlanacaq video-rolik ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin Suriya dövlət obyektlərinə hava zərbələri endirməsi və silahlı müxalifətin hücumu üçün bəhanə kimi istifadə olunacaq. Konaşenko bu məlumatın Suriyadakı 3 müstəqil və etibarlı kanallar vasitəsilə təsdiqləndiyini bildirib.
Rusiya Müdafiə Nazirliyinin rəsmisi vurğulayıb ki, dinc əhaliyə qarşı Əsəd rejiminin kimyəvi hücumunu imitasiya etmək üçün Azad Suriya Ordusu Həkl əl-Cəfra yaşayış məntəqəsinə xlor balonları da gətirib.
Xatırladaq ki, yeganə sübut kimi “Bəyaz Dəbilqəlilər”in Bəşər Əsədin kimyəvi silahdan istifadə etdiyi iddiası ilə yaydıqları videolara əsaslanaraq, ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri 2017-ci ilin aprelin 7-si və 2018-ci ilin 14 aprelində Suriyada Bəşər Əsəd qüvvələrinə hava zərbələrilə hücum ediblər. Lakin sonradan bir çox beynəlxalq ekspert mərkəzləri həmin videoların qurama olduqlarını aşkara çıxarıb.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir