Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar Xəbərlər

İqtisadçı Natiq Cəfərli haqda 4 ay həbs qətimkan tədbiri seçildi

Son məlumata görə Natiq Cəfərlini Nəsimi Rayon Məhkəməsinə aparıblar

Avqustun 12-də saat 23 radələrində ReAL İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli Respublika Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb.1470918796_3

Bu barədə Natiq Cəfərli vəkil Cavad Cavadova telefonla məlumat verib. Vəkil idarəyə yollanıb, amma ona bildiriblər ki, iqtisadçını hansısa müvəqqəti saxlama  təcridxanasına aparıblar. Əlavə məlumat verməyiblər.

Son məlumata görə Natiq Cəfərlini Nəsimi Rayon Məhkəməsinə aparıblar.

Nəsimi Rayon Məhkəməsinin qərarıyla Natiq Cəfərli haqda 4 ay həbs qətimkan tədbiri seçilib. Onu qanunsuz sahibkarlıqda ittiham ediblər. 

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir