Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Vüsal Bağirov: “Hakimiyyət islahatlar sözündən qorxur, ona görə ona qarşı aqressivdir”

 

Son illər beynəlxalq idman yarışlarının Azərbaycanda keçirilməsi real olaraq ölkə iqtisadiyyatına mənfi təsir göstərib. Bu kimi yarışların iqtisadi baxımdan o qədər də inkişaf etməyən, büdcəsini neft hesabına formalaşdıran Azərbaycanda keçirilməsi israfçılıqla yanaşı, həm də sosial problemlərə yol açır. Bu barədə “Demokratik Təsisatıar və İnsan Hüquqları İctimai Birliyinin”nın fəal üzvü Vusal Bağırov  öz fikirlərini bizimlə bölüşüb. V.Bagirov hesab edir ki, indiki zamanda büdcənin israfçılıqla xərclənməsi hesabına Azərbaycanı dünya tanıtmaq qeyri-ciddi addımdır. Belə ki, heç kimə lazım olmayan Avropa Oyunları, Formula-1 yarışması bizim üçün lazım deyildi. Hələ-hələ bu kimi oyunların təşkili zamanı oyun iştirakçılarının bizim hesabımıza maliyələşməsi, dünya çapında ölkəmizi gülünc hala salmışdır. Milyardlarla dollar hesabına salınan keyfiyyətsiz infrastukturun ömrü bir sezonluq oldu. Dövlət büdcəsinin talanması yol verilməzdir. Bu cür mənasız oyunlara qoyulan investisiya təhsilimizə qoyulmalıdır”.14694900_1137407256324729_1738734233_n

Azərbaycadakı sosial-iqtisadi vəziyyətə də toxunan V.Bagırov vurğulayıb: “Azərbaycanda mövcud sosial vəziyyət kritik həddədir. Cəmiyyətimizdə sosial təbəqələşmələr arasındaki fərq çox böyükdür. Son devalivasiyadan sonra varlılar daha da varlandı, əhalinin az təminatlı təbəqəsi isə demək olar ki, çöküşdədir. Gec-tez əhali boğaza yığılacaq. Onsuz da cəmiyyət bu kritik vəziyyətdən çıxış yolunu pis halda intiharda, yaxşı halda isə ailələrin dağılmasında görür. Bu cür davam edə bilməz. Sosial təbəqələşmənin önü bir an öncə alınmalı, orta sahibkarlığa dəstək proqramları işlənib hazırlanmalıdır. Orta sahibkarlığı olmayan ölkələrin iqtisadiyyatı məhvə məhkumdur. Buna bariz nümunə Rusiya və Venesuella kimi neft hesabına formalaşaraq varlanan və ilk krizisdə ölkələrin ağır iqtisadi tənəzzüllə üzləşməsini göstərə bilərik. Azərbaycan kimi kiçik amma strateji baxımdan çox əlverişli coğrafiyada yerləşən ölkələr yox səviyyəsindədir. Hakimiyyət islahatlar sözündən qorxur, ona görə ona qarşı aqressivdir.

Azərbaycanın Avropaya inteqrasiyasından söz açan müsahibiz bildirib ki, Avropadan götürəcəyimiz çox faydalı sahələr var: “İlk öncə qanunun aliliyi, məhkəmələrin sərbəstliyi, söz azadlığı, insanların sərbəst toplaşma azadlığı və sair. Hesab edirəm ki, kommunist təfəkkürlü insanlarla bu islahatların gerçəkləşdirilməsi ya mümkün deyil, ya da çox çətin və uzun prosesdir. Avropaya inteqrasiya bizi Rus hökmüranlığından qismən də olsa azad edəcək. Əlbəttə ki, bunun üçün ciddi fəaliyyət və zaman lazımdır”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir