
Bununla əlaqədar “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilib.
Dəyişikliklərə əsasən, şəxsiyyət vəsiqəsinin yenidən verilməsinə görə rüsum sənəd 10 iş günü ərzində verildikdə 5 manatdan 15 manata, 3 iş günündə 25 manatdan 35 manata, 1 iş günü verildikdə isə 35 manatdan 45 manata qaldırılıb.
Ümumvətəndaş pasportunun yenidən verilməsinə görə rüsum sənəd 10 iş günə verildikdə 1 yaşa qədər uşaqlara 20 (hazırda 10 manatdır), 1 yaşdan 3 yaşa qədər uşaqlara 30 (20), 3 yaşdan 18 yaşa qədər uşaqlara 40 (30), 18 yaşdan yuxarı vətəndaşlara isə 50 manata (40) müəyyən edilib.
Pasport 5 iş günə verildikdə 1 yaşa qədər uşaqlara 30 (hazırda 20 manatdır), 1 yaşdan 3 yaşa qədər uşaqlara 50 (40), 3 yaşdan 18 yaşa qədər uşaqlara 70 (60), 18 yaşdan yuxarı vətəndaşlara isə 90 manat (80) ödəniləcək.
Pasport 1 iş günü müddətində verildikdə 1 yaşa qədər uşaqlara 50 manat (hazırda 40 manatdır), 1 yaşdan 3 yaşa qədər uşaqlara 90 (80), 3 yaşdan 18 yaşa qədər uşaqlara 130 (120), 18 yaşdan yuxarı vətəndaşlara isə 170 manat (160) ödəniləcək.