Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Hakimiyyətin Nardaran rüsvayçılığı

nardaran-blokadaİşgəncələrdən diqqəti yayındırmaq üçün ikinci şəryaxma kampaniyasına start verilib

Azərbaycan hakimiyyətinin keyfiyyət göstəriciləri göz önündədir. Hər dəfə sübut ounur ki, bu komanda üçün müqəddəs heç nə yoxdur. Daha doğrusu pul və hakimiyyət hərisliyi bütün müqəddəs dəyərləri tapdaq edib.

“Nardaran işi” məhkəməsində baş verənlər sadəcə dəhşətdir. Sanki, hansısa ağır süjetli filmə baxırsan. Qondarma ittihamlarla həbs olunmuş inanclı insanlara ağlagəlməz işgəncələr verilib. Bu adamlara gecə-gündüz işgəncə verilib ki, etmədikləri əməlləri təsdiqləsinlər. Tale Bağırzadəyə günlərlə işgəncə verib, Əli Kərimli, Cəmil Həsənli əleyhinə ifadə almaq istəyiblər. Amma bu mümkün olmayıb. Sonra həbs olunmuş digər şəxsləri ən ağır işgəncəyə məruz qoyaraq, ifadələrini alıblar. Əslində, işgəncələr də kifayət etməyib və adamları ailələri ilə şantaj ediblər. Bəli, ifadə verənlərin hamısı təsdiqləyir ki, onları zorla etiraf etdiriblər, ailələrinə təcavüzlə hədələyiblər. Onlar da bu ləyaqətsizliyi müşahidə etməmək üçün hər şeyi boyunlarına alıblar. Əslində, baş verənlər dövlət və hökumət adına rüsvayçılıqdır. Azərbaycanda hüquq sisteminin zorlanmasının göstəricisidir. Bir daha təsdiqlənir ki, “Nardaran əməliyyatı” öncədən yazılmış ssenari imiş. Və bu ssenarinin əsas hissəsi də real müxalifət qüvvələrini sıradan çıxarmağa hesablanıbmış. Faktiki olaraq hökumət terror həyata keçirib. Insanları mənəvi terror məruz qalıb. Məhkəmədə səslənən fikirlər Azərbyacan hakimiyyətinin nə qədər cılız işlərlə məşğul olduğunu, nə qədər iyrəncliyə yuvarlandığını göstərir. Və bütün bunlardan sonra rejim mətbuatı utanmadan Tale Bağırzadə və digərlərini hədəf seçiblər. Yenə də şər-böhtan meydan sulayır. Məhkəmədə səslənən fikirlər, bu miqyasda qanunsuzluq heç kimi maraqlandırmır. Bu qeyri-insaniliyə biganə qalmaqları azmış kimi, üstəlik bu iyrəncliyə haqq qazandırmağa çalışırlar. Bəli, diqqəti işgəncələrdən, məhkəmədə üzə çıxan dəhşətli faktlardan yayındırmaq üçün yenidən şər kampaniyasına start veriblər.

Gəlin, təsəvvür edək ki, Tale Bağırzadə və tərəfdaşları həqiqətən də cinayətkardı. Bir cinayətkarlarla belə rəftar etmək hansı kitabda, hansı hüquqda yazılıb? Bir cinayətkarı ailəsi ilə şantaj etmək, ağlagəlməz işgəncələrə məruz qoymaq hansı kişiliyə, hansı əxlaqa sığır?

Necə olur ki, erməni əsirə hər cür şərait yaradılır, meyvə suyu, rəsm çəkmək üçün tablo verilir, amma ölkə vətəndaşı hələ sübut olunmamamış ittihamlara görə vəhşicəsinə döyülür? Necə olur ki, Azərbyacana sığınmış erməni jurnalisti bəh-bəhlə qarşılanıb üçnücü ölkəyə transfer olunur, amma Azərbaycan vətəndaşına qarşı amansızlıq edilir?

Vəli Əsgərovun, Akif Çovdarovun və digərlərinin həyat hekayəsindən niyə dərs götürmürsüz? Bu qədər nifrət toxumunun nələr yetişdirəcəyini bilmirsiz?

Şəxsi maraqlara görə, vicdanlı adamları sıradan çıxarmaq naminə bu qədər çirkin ssenari qurmaq necə mümkün olur? Insan taleyi üzərində bu qədər ləyaqətsizlik ştrixləri çəkmək olarmı?

Milyonlarla qrant alıb yeyən QHT rəhbərləri, hüquq müdafiəçiləri niyə susurlar? Bu adamlar nə vaxt hüqunun müdafiəsində olacaqlar? Həbs olunan şəxslər ifadə verilər ki, polisləri masqalılar öldürüb, onları ailələri ilə şantaj ediblər, işgəncə veriblər. Niyə səsiniz çıxmır? Onsuz da bu rüsvayçılıq bütün dünyaya yayılacaq.

Bu da hakimiyyətin tolerantlıq nümunəsi, bu da multikultural dəyərlərin keşiyində dayanan hökumət. Azərbaycan belə faktlara görə Afrikanın 40 ölkəsindən də geri qalıb.

Bu gün məhkəmədə üzə çıxan dəhşətli faktlara biganə qalıb, hökumətə haqq qazandırmaq hansı əxlaqın göstəricisidir? Sizin yaxınlarınızı bu vəziyyətə salsaydılar, sizin yaxınlarınızı ailələri ilə imtahana çəksəydilər, xoşunuza gələrdimi?

Müxtəsər, “Nardaran işi” məhkəməsi göstərdi ki, ölkədə çevriliş etmək istəyən, bütün dəyərləri çevirən də, terrorçu nümunəsi göstərən də hökumət özüdür. Bu məhkəmə prosesi Azərbaycan tarixinə növbəti qara ləkə kimi düşəcək. Bu qədər şər sevdalısının bir ölkədə cəmləşməsi, hüquq adından, qanun adından belə adamların çıxış etməsi təhlükədir. Həm də böyük təhlükə. Bir insana bu qədər işgəncə vermək üçün insanın özünün insanlıqdan çıxması lazımdır. Insanlıqdan çıxmışlar isə insan cəmiyyəti üçün yararsızdılar.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir