Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar Cəmiyyət Gündəm İctimai Müsahibə Siyasət Sosial-iqtisadi Xəbərlər

Ramin İmanov: “Korrupsiyaya qarşı mübarizə gözdən pərdə asmaq üçündür”

“Oturuşmuş korrupsiyanı aradan qaldırmaq üçün yüksək səviyyəli məmurlardan başlayaraq çox ciddi kadr dəyişikliyi getməlidir. Çünki, hər hansı qaydalar tətbiq etməklə, fəaliyyət proqramlarıyla korrupsiyaya qarşı mübarizə aparmaq mümkün deyil.” Bu sözləri müxbirimizlə söhbətində kiçik sahibkar Ramin İmanov deyib. R.İmanov hesab edir ki, müasir dövdə Azərbaycanda hökumət strukturları birbaşa korrupsiyaya nəzarət edir. Eyni zamanda “atılan addımlar” da imitasiya xarakterlidir.  Əslində isə kiçik rütbəli peşəkar fəaliyyətlə məşğul olan 5-10 nəfər müəllim, həkim, jek müdiri və s. cəzalandırılır. Bu görüntü yaratmaq üçün korrupsiya sisteminin başında duranların atdığı addımdır. 

Ramin bəy, Sizcə korrupsiyaya qarşı konkret addımlar atıb bu neqativ halı aradan qaldıtmaq mümkün deyil? “Konkret addımların atılması üçün bu gün qərarverici adamlar korrupsiyaya uğramamış olmalıdırlar. Yəni əgər biz görüntü xarakterli addımlardan danışırıqsa, o zaman Korrupsiyaya Qarşı Milli Fəaliyyət Planını qeyd etmək olar. Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətindən danışa bilərik. Korrupsiyaya Qarşı ictimai müqavimətdən danışarkən Qeyri-Hökumət Təşkilatları Şəbəkəsini göstərə bilərik və bu siyahını uzatmaq olar. Lakin təəssüf ki, bunlar yetərli deyil. Təsəvvür edin ki, bütün sosial müdafiə strukturu korrupsiyanın içindədir. Yaşı çatan və çatmayanın pensiya alması, əlilliyin müəyyən olunması, Ünvanlı Sosial Yardım alma proseduru isə hamıya məlumdur. Sosial Müdafiə sektorunun əməkdaşına 4 ayı rüşvət şəklində verib ünvanlı sosial yardım ala bilirsən. Dövlət Yol Polisi İdarəsinə girən kimi gözünün qabağında bazar, al-ver canlanır. Gömrük sistümi, polis sistemi, daşınmaz əmlakla bağlı sənədləşmələr və s. təsəvvür edin ki, “pulsuz müalicə” adı altında bütün dövlət xəstəxanalarında pul yığılır. Buna görə də köklü kadr dəyişikliyi olmasa bu ölkədə korrupsiyanın qarşısını almaq çətin olacaq.

-Ramin bəy, vətəndaşlar bu prosesə necə dəstək verə bilər ki, korrupsiyanın azalmasına kömək olsun? -“Təbii ki, əhali bu prosesə ciddi dəstək verməlidir. Çünki, əgər tələbkarlıq olmasa hökumət bu haqda düşünməyəcək. Bu gün insanlar arasında gəzən söhbətlər, ara-sıra öz haqqını tələb edən insanlar olduğuna görə hökumət də görüntü yaratmaq istəyir ki, korrupsiyaya qarşı mübarizə aparılır. Amma insanların etirazı və narazılığı ciddi ictimai nəzarət funksiyası yarada bilər. Baş verən neqativ hallarla bağlı ysayılan məlumatları kampaniya halına salmaq lazımdır ki, korrupsiya və rüşvətxorluq azalsın. Lakin, hökumətdə təmsil olunan yeksək çinli məmurlar bu cür ictimai kampaniyalara mane olurlar. Bu isə bütövlükdə ictimai müqavimətin formalaşmasına mane olur. Nəticədə korrupsiya sistemi öz işini görür, xüsusilə kiçik və orta sahibkarlıq nəinki inkişaf etmir, əksinə məhv edilir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir