Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar Cəmiyyət Gündəm Hadisə İctimai Siyasət Xəbərlər

Gənclərin İran səfirliyi önündə aksiyaya görə cərimələndiyi deyilir

Milliyyətçi Gənclər Təşkilatının Ali Şurasının dörd üzvünün bu gün, oktyabrın 1-də Bakının bir sıra polis idarələrinə çağırılaraq cərimələndiyi bildirilir.

Bu barədə həmin gənclər təşkilatından məlumat yayılıb. Verilən məlumata görə, gənclər bir gün əvvəl, sentyabrın 30-da İranın Bakıdakı səfirliyi önündə etiraz aksiyasına görə 100 manat cərimə ediliblər. Sosial şəbəkələrdə də yayılan fotolara görə, sentyabrın 30-u gecə saatlarında səfirliyin önünə müxtəlif rənglərə boyanmış aftafalar qoyulub.

Baş verənlərə, hələlik, Daxili İşlər Nazirliyi və İranın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb.

Son vaxtlar Azərbaycan və İran arasında müəyyən gərginliklər müşahidə edilir.

Azərbaycan rəsmiləri bəyan ediblər ki, İran yük maşınları ölkələrinin işğal altında olan ərazilərinə qanunsuz səfərlər edirlər. Bundan başqa, İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsi də rəsmi Bakının təəccübü ilə qarşılanıb. Amma İran rəsmiləri də bəyan ediblər ki, öz ərazilərində təlim keçmək onların suveren hüququdur.

Azadlıq radiosu

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir