Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar Cəmiyyət Gündəm Hadisə İctimai İnsan haqları Siyasət Xəbərlər

Cəbhəçilər yoldaşlarının buraxılmasını tələb ediblər

Oktyabrın 1-i, Bakıda Baş Prokurorluğun binası qarşısında  Azərbaycan Xalq Cəbhəsi Partiyasının bir qrup fəalı  etiraz aksiyası keçirməyə cəhd edib.

Bugün, oktyabrın 1-i, Bakıda Baş Prokurorluğun binası qarşısında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir qrup fəalı etiraz aksiyası keçirməyə cəhd edib.

Onlar əllərində həbsdə olan AXCP üzvləri Niyaməddin Əhmədov və Zamin Salayevin şəkillərini tutaraq “Niyaməddin Əhmədova azadlıq!”, “Siyasi məhbuslara azadlıq!”, “İstefa” şüarları səsləndiriblər.

Hadisə yerinə cəlb olunmuş polis əməkdaşları aksiya iştirakçılarının əlindən plakatları alaraq onları saxlayıb, polis maşınlarına mindiriblər.

Amma Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev “Turan” agentliyinə bildirib ki, saxlanılan yoxdur, şəxslərin ərazidən uzaqlaşdırılması təmin edilib.

Sonradan AXCP-dən də saxlananların buraxıldığı təsdiq edilib.

Azadlıq radiosu

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir