Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

FTB Moskvanın Trampa gizli dəstəyini araşdırır

trampABŞ mediasında yayılan xəbərlərə görə, Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ Demokratik Partiyası Milli Komitəsinin şəbəkəsinə müdaxilənin və e-maillərin sızdırılmasının Kreml tərəfindən həyata keçirildiyinə dair versiyanı araşdırır.

Emaillərin WikiLeaks saytına məhz ötən cümə, demokratların Filadelfiyada keçirilən konvesnsiyası ərəfəsində ötürülməsinin də təsadüfi olmadığı düşünülür.

Bir sıra ABŞ rəsmilərinin fikrincə, demokratlara aid emaillərin sızdırlmasından məqsəd Donald Trampın seçki kampaniyasını möhkəmlətmək olub.ABŞ mətbuatı yazır ki, bu kimi şübhələrin geniş yayılmasına respublikaçıların namizədi Trampın özüdə bəzi bəyanatları ilə rəvac verib. Məsələn, NATO-nun yeni üzvlərinə dəstək məsələsində Trampın mövqeyi Moskvanın maraqları ilə üst-üstə düşüb.

Bundan əlavə Donald Trampın Rusiya hökuməti ilə birbaşa biznes əlaqələri də gündəmə gətirilib. Trampın oğullarından biri atasının tikinti layihələri üçün Moskvadan maliyyə dəstəyi aldığını etiraf etmişdi.

Demokratik Partiyanın hakerlər tərəfindən açıqlanmış emaillərindən bəzilərində namizəd Berni Sandersə qarşı müəyyən xoşagəlməz müddəalar irəli sürülmüşdü.

Məhz buna görə də bəzi təhlilçilərin fikrincə hakerlərin məqsədi Klintonu Sandersin dəstəyindən məhrum etmək olub.ABŞ-ın bir sıra internet təhlükəsizliyi ekspertləri deyiblər ki, haker hücumunda Rusiya hökumətinin dəst-xətti aşkardır.

Rəsmilər həmçinin Trampın Rusiya hökuməti ilə əlaqələrinə diqqət çəkirlər.Vladimir Putinin Trampı şəxsən təqdir etməsi bir yana, onun komandasının bəzi aparıcı üzvlərinin Moskva ilə birbaşa əlaqələrinin olduğu gündəmə gəlib. Məsələn, Trampın seçki kampaniyasının meneceri Paul Manafort vaxtilə ilə Moskvanın müttəfiqi, Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin müşaviri kimi fəaliyyət göstərib.

Trampın milli təhlükəszlik müşavirlərindən biri, təqaüddə olan ordu generalı Maykl Filin Vladimir Putinlə birlikdə Rusiyanın RT media şəbəkəsinin 10 illiyinə həsr edilmiş banketdə iştirak edib.Trampın başqa bir müşaviri Karter Peyc Moskvada səfərdə olarkən ABŞ-ın Rusiyanı “demokratikləşdirmək” cəhdlərini riyakar adlandırıb.

Media həmçinin Peycin Rusiyanın Gazprom şirkəti ilə maliyyə münasibətlərində olduğundan yazır.Bununla belə, FTB təhqiqatının hansı nəticə verəcəyini söyləmək çətindir. ABŞ mətbuatı yazır ki, Amerika qanunlarına görə hakerlik cinayət sayılsa da, seçkiləri təsirləndirmək kriminal əməl hesab olunmur.Buna baxmayaraq, sözü gedən təhqiqat barədə xəbərlərin Trampın nüfuzuna zərbə vuracağı şübhəsizdir. (virtualaz.org)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir