Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Yanan binaya görə tutulan şəxslərdən birinin vəziyyəti pisləşib

yanan-binaBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsində təqsirləndirilən Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Report”un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə zərərçəkmişlər – Kifayət Nəcəfzadə, Şahnaz Qəniyeva, Bilal Nəsibov, Mənsurə Həmidli, Samirə Həmidova ifadə verib.

Yanğın zamanı binadan özünü atan Yaşar Nəcəfzadənin anası K.Nəcəfzadə ifadəsində bildirib ki, hadisə günü rayonda olub: “Oğlum şəhid olsa, heç belə yanmazdım. Yanğın balamı əlimdən aldı”.

Ş.Qəniyeva yanğında azyaşlı oğlunun öldüyünü bildirib: “Yanğın başlayanda huşumu itirdim. Evdə azyaşlı oğlumla idim. Bir neçə saatdan sonra xəstəxanada ayıldım. Bir həfətdən sonra isə uşağımın öldüyünü dedilər”.

B.Nəsibov qeyd edib ki, hadisə zamanı sonuncu mərtəbədə mərhum Yaşar Nəcəfzadə ilə qarşılaşıb: “O, mənə damın qapısının bağlı olduğunu dedi, sonra aşağı düşüb evə girdim”.
Proses zamanı təqsirləndirilən şəxslərdən Miryusif Mahmudovun halı pisləşib. Ona “Təcili tibbi yardım” çağırılıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir