Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

İnzibati Xətalar Məcəlləsi dəyişdirilir – 300 manat cərimə…

İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin edilməsi təklif edilir.
Modern.az-ın məlumatına görə, Azərbaycan Milli Məclisi 2004-cu il 8 iyun tarixli Qanunla “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” 1978-ci il tarixli Beynəlxalq Konvensiyaya ( 1995-ci il tarixli əlavələrlə) qoşulub.
Konvensiyanın II maddəsinə görə “Diplom” Dövlət Dəniz Administrasiyası və onun səlahiyyətli nümayəndəsi tərəfindən verilən həqiqi sənəd deməkdir.
Necə adlandırılmasından asılı olmayaraq, sahibinə bu sənəddə göstərilən və ya milli qaydalarla icazə verilən vəzifəni tutmaq hüququ verir.
Dəyişkiliyə əsasən Məcəlləyə yeni maddələr əlavə edilir. Yeni maddə yuxarıda qeyd edilən Beynəlxalq Konvensiyanın tələblərinə uyğun müvafiq sertfikata (diploma) malik olmayan şəxsin gəmidə həmin sertfikata (diploma) tələb olunan işlərə buraxılmasına görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər iki min manat cərimə edilməsi nəzərdə tutulur.
Həmçinin heyət üzvünün gəmidə alkoqoldan, narkotikdən vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə növbə çəkməsinə görə üç yüz manat cərimə edilməsi nəzərdə tutulur.
Məcəlləyə dəyişiklik Milli Məclisin mayın 16-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir