
Qarşılaşmanın 37-ci dəqiqəsində Maltanın 11 nömrəli oyunçusu Rouen Muskat komandasını hesabda irəli çıxarıb. Oyunun 53-cü dəqiqəsində Azərbaycan yığmasının 7 nömrəli oyunçusu Araz Abdullayev komandamızın bərrabərlik qolunu vurub: 1:1. Qarşılaşma bu hesabla da başa çatıb.
Qeyd edək ki, oyunu Xorvatiyadan olan hakimlər briqadası idarə edib.