Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Vahid Mustafayev: “Şokdayam…”

vahid mustafayevYayımına qadağa qoyulan ANS televiziyasının prezidenti Vahid Mustafayev telekanalın həyətində mühafizəçilərinin əhatəsində görünüb.  ANS prezidentinə yaxınlaşan gununsesi.info-nun əməkdaşı ona baş verənlərlə bağlı sual edib. Olduqca gərgin vəziyyətində görünən Vahid Mustafayev şokda olduğunu deyib. “Özünüz, görürürsünüz, nə baş verir. Şokdayam. Söz tapmıram deməyə…”-deyən Vahid Mustafayev əməkdaşımızdan kənarlaşıb.

Fəaliyyəti dayandırılan ANS televiziyasının prezidenti Vahid Mustafayev və telekanalın vitse-prezidenti Mirşahin Ağayev bu dəqiqələrdə prokurorluğa aparılıb. Telekanal rəhbərliyi dindirilmək üçün polis və prokurorluq işçilərinin müşaiyyəti ilə avtomobilə mindirilərək, prokurorluğa aparılıb.
Məlumata görə, ANS-ə terrorçuluğun təbligi və dəstəyə görə, cinayət işi açılır.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir