Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

“Ola bilər ki, Şəki Apelyasiya Məhkəməsi qəfildən İlqar Məmmədovu sərbəst buraxsın”

Vicdan məhbusu İlqar Məmmədovun aprelin 22-də həbsdən azad edilə biləcəyinə dair proqnozlar doğrulmasa da, onun Apelyasiya Məhkəməsinin qərarı ilə sərbəst buraxalacağı ehtimalı yenə gündəmdədir.iuyf  

Bununla bağlı “Basta”nın sualını cavablandıran vəkil Nemət Kərimli bildirib ki, İlqar Məmmədovun həbsdən azad olunmasına ümidlər böyükdür: “Çünki Avropa İnsan Hüquqları Məhkəməsinin, AŞ Nazirlər Komitəsinin onun dərhal azadlığa buraxılması barədə 6 qərarı var. Üstəlik, son zamanlar vicdan məhbuslarının bir qisminin əfv edilməsi, onun buraxılacağına ümüdləri artırıb”.

“Aprelin 22-də Şəki Apelyasiya Məhkəməsinin qarşısında İlqar Məmmədovu qarşılamaq üçün çoxlu sayda əqidə dostları və jurnalistlər toplaşmışdı. İstisna deyil ki, İlqar Məmmədovun belə qarşılanmasını istəmədikləri üçün onu məhkəmənin ilk günündə azad etmədilər. Yadınızdadırsa, martın 18-də əfv fərmanı ilə azadlığa çıxan siyasi məhbusların da əqidə dostları tərəfindən qarşılanmasına imkan verilmədi, onları gecə saatlarında öz evlərinə yola saldılar. Ola bilər ki, Şəki Apelyasiya Məhkəməsi qəfildən prosesin davamını təyin etsin və İlqar Məmmədovun əqidədaşları məhkəmə önünə toplaşmamış, onu sərbəst buraxsınlar”, – Nemət Kərimli deyib.
Vəkil bildirib ki, prosedurlar baxımından məhkəmənin bundan sonrakı mərhələsində vəkillərin də prosesdə iştirakı məcburi deyil: “Məhkəmə istintaqı yekunlaşıb, çıxışlar olub, hakimlər müşavirəyə gedib, yalnız qərarın elan olunması qalıb. Ehtimal edirəm ki, məhkəmə prosesinə bir neçə saat qalmış vəkillərə məlumat veriləcək, həmin vaxt ərzində Bakıdan oraya getmək mümkünsüz olacaq. Adamların iştirakı olmadan məhkəmə  keçirib, İlqar Məmmədovu böyük ehtimalla şərti cəza ilə azad edəcəklər”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir