
Bu sözləri Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqova deyib.
Tanınmış memar deyib ki, məhz bu səbəbə görə dənizə doğru tikilən binalar 6 mərtəbədən artıq ola bilməz: “Abşeron yarımadası çat verə bilər. Onu ağırlaşdırmaq olmaz.
Gilin üzərində hündür mərtəbəli binalar tikmək qəti qadağandır. Xüsusən “Sahil” metrostansiyasının üzərində tikilən bina çox müəmmalı binadır və hər an uçmaq təhlükəsi var”. (lent.az)