Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Görkəmli ziyalı, təşəbbüskar vətəndaş, peşəkar rektor – Nazim Hüseynli

Əziz Nazim müəllim,

Siz uzun illərdir ki, böyük məsuliyyətlə, yüksək peşəkarlıqla həm bir təşəbbüskar vətəndaş olaraq, həm də görkəmli bir ziyalı olaraq təhsilimizin inkişafı və rifahı üçün yorulmadan çalışırsınız.

Bir alim kimi qazandığınız nailiyyətlər və Azərbaycan elminə göstərdiyiniz qayğılar danılmazdır.

Cəmiyyətimizə – ictimai həyatımıza verdiyiniz töhfələrlə-bir-birindən dəyərli tələbələrinizlə hər zaman hörmət və məhəbbət qazanmısınız.

Yüksək əxlaqi keyfiyyətləriniz, savad və bacarığınız yetirmələriniz üçün daim nümunə olmuşdur.

Rəhbərlik etdiyiniz təhsil ocağının  – Avrasiya Universitetinin istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda qazandığı uğurlar və keçirdiyi beynəlxalq əhəmiyyətli tədbirlər təhsilimizə başucalığıdır və sizin gərgin əməyinizin bəhrəsidir.

Bu gün sizin doğum gününüzdür. Bu gün daha çox sevinməyə haqqı çatan adamlardan biri sizsiniz. Nədən ki, təhsilimizin ilk qaranquşlarından olan Avrasiya universitetinin məzunları ölkəmizin ictimai-siyasi həyatında ən fəal iştirak edənlərin sıralarındadır.

Respublikamızda gedən sürətli inkişafda, təhsilimizdəki irəliləyişdə, ümumi firəvanlığımızda sizin də zəhmətiniz böyükdür. Bu gün siz çox xoşbəxt insansınız. Xoşbəxt olmaq qabiliyyətini özünüz yaratmısınız. Bu qədər geniş əhatədə, dövlət strukturlarında tələbələri çalışan insan xoşbəxt olmaya bilməz.

Siz bir müəllim olaraq bizlərə cəsarətlilik, qayğıkeşlik və tələbkarlıq nümunəsisiniz. Bizim üçün çox əziz və dəyərlisiniz.

Sizi təbrik edir, can sağlığı və uzun ömür arzulayıram!

Bütün gələcək işlərinizdə və təşəbbüslərinizdə, həyata keçirmək istədiyiniz işıqlı fikirlərinizdə

Tale sizə yar olsun…

 

Əlövsət Allahverdiyev

hüquq üzrə fəlsəfə doktoru, Bakı Avrasiya Universitetinin dosenti

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir