Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət Hadisə

Siyasi mühacirin daha bir qohumu həbs edilib

Avropada siyasi mühacirətdə olan fəal və bloger Orduxan Temirxan qohumu Tural Əliyevin həbs olunduğunu bildirib.

Bakı Dövlət Universitetinin kimya fakültəsinin tələbəsi, 19 yaşlı gənc aprelin 27-də günorta saatlarında saxlanılıb.

Onu bir sutka DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlayıblar, sonra məhkəmə polisə tabe olmamaq ittihamı ilə 2 ay müddətinə həbs edib.

Hələ fevral ayında O.Temirxan qohumları Səbuhi Zeynalov və Tural Əliyevin 30 sutka həbs edildiyini bildirmişdi. Bir il öncə polis blogerin 10-dan çox qohumunu saxlamışdı. Onların arasında südəmər uşaq da olub. Sonradan iki qohum inzibati qaydada həbs edilib. Fəal bildirib ki, qohumları onun Avropada Azərbaycan hakimiyyətinə qarşı təşkil etdiyi etiraz aksiyalarna görə təqib olunur.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir