Yenifakt.info

Müstəqil xəbərlər portalı

Sosial-iqtisadi

Mərkəzi Bank Son Iki Gündə Banklardan Istədiyi Qədər Pul Cəlb Edə Bilməyib – Samir Əliyev Yazır

Cəlbedici şərtlərə rəğmən Mərkəzi Bank son iki gündə banklardan istədiyi qədər pul cəlb edə bilməyib.
Dünən Bakı Fond Birjasında keçirilmiş hərracda 250 mln manat həcmində olan qısamüddətli notlara qarşı tələb 80 milyon manat olub. Notlar 27 gün olmaqla illik faiz 14,99 faiz olub. Oxşar vəziyyət bu gün keçirilən depozit hərracında da baş verib. 200 milyon manatlıq təklifə qarşı tələb təxminən 4 dəfə az – 57,5 milyon manat olub. Halbuki, Mərkəzi Bank əvvəli hərraclarla müqayisədə sonuncu hərracda təklifin cəlbediciliyini artırıb. Depozitin saxlanma müddətini ilk dəfə olaraq 14 gündən 10 günə endirib. İllik faiz dərəcəsini isə 14,69 faizə qədər yüksəldib. Hətta bu şərtlər vəsait cəlb edilməsinə dəstək verə bilməyib. Manata təzyiqi azaltmaq üçün Mərkəzi Bank ümumilikdə hər iki hərrac vasitəsilə banklardan 1,6 milyard manat vəsait cəlb edib və bununla da dövriyyədən çıxarmağa müvəffəq olub. Bu vəsait pul bazasının 18,5 faizi qədərdir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir