Yenifakt.info

Müstəqil xəbərlər portalı

Sosial-iqtisadi

Kartofu da Gürcüstandan gətiririk

2017-ci ilin yanvar-iyun aylarında Azərbaycana Gürcüstandan idxal olunan məhsullar arasında minik avtomobilləri birinci yeri tutub.

Gürcüstanın Milli Statistika İdarəsinin yaydığı məlumata əsasən, qeyd olunan dövrdə Azərbaycan qonşu ölkədən 19 mln. 277,3 min dollar məbləğində minik avtomobili idxal edib.

Azərbaycanın Gürcüstandan idxal etdiyi məhsulların ilk üçlüyünə dərman vasitələri və kartof da daxildir. Cari ilin ilk altı ayı ərzində Gürcüstandan Azərbaycana 10 mln. 489 min dollar məbləğində dərman vasitələri, 4 mln. 970,2 min dollar məbləğində isə kartof ixrac olunub.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir