Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Putindən təcili Türkiyə qərarı; Ərdoğanla hansı razılığa gəlindi?

putin-erdogan-telefonTürkiyə və Rusiya prezidentləri Ərdoğanla Putin arasında iyunun 29-da olan telefon danışından sonra Kreml açıqlama yayıb. Açıqlamada deyilir ki, Purin ticarət əlaqələri də daxil olmaqla, Türkiyə ilə münasibətlərin normallaşdırılması üçün öz hökumətinə tapışırıq verib.

Putin rus turistlərin Türkiyəyə səfərinə qoyulan məhdudiyyətləri ləğv etməyə qərar verib. Rusiya prezidenti həmçinin, iki ölkə arasında ticarət əməkdaşlığını yenidən qurmaq istiqamətində müzakirələrə başlamaq üçün öz hökumətinə təlimat verib.

Putin deyib ki, Ərdoğanın bazar ertəsi göndərdiyi məktub Türkiyə-Rusiya münasibətlərində böhran dövrünün bitməsinə zəmin yaradır.

Türkiyə prezident administrasiyasının ictimai diplomatiya koordinatorluğundan yayılan açıqlamada isə göstərilir ki, Ərdoğan telefon danışığında Putinə bu mesajları çatdırıb:

– İkitərəfli və regional mövzularda önəmli addımlar atacağıq
– Rusiya ilə işbirliyini daha da gücləndirəcəyik
– Xalqlarımızın tələbinə qulaq asmağı önəmli bilirəm.

Putinin cavab mesajları isə bunlardır:

– Mövcud durum hər iki ölkənin ziyanınadır. Yeni bir səhifə açaq.
– Təkrar əlaqə qurmağımızdan məmnunam.
– Terrorla mübarizə mövzusunda verdiyiniz mesajlara qatılıram.
– Bölgənin iki böyük ölkəsi olaraq Rusiya və Türkiyənin görəcəyi işlər var.

Məlumata görə, Putinlə Ərdoğanın Çində keçiriləcək G20 sammitində görüşəcəyi, hətta buna qədər də xüsusi bir görüş keçirəcəyi gözlənilir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir