Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk Hava Limanında törədilən terrorla bağlı açıqlama verib.
Media-fakt.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan günahsız mülki vətəndaşları hədəf alan bu hücumun terror təşkilatlarının qaranlıq üzünü bir daha ortaya qoyduğunu bildirib: «Günahsız insanların qanı və acıları üzərində qurulan bu hücumun məqsədi dünyada ölkəmiz əleyhinə təbliğatın aparılması olub”.