Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

«O MATERİALLA ÖZ EVİMİ, QIZIMIN EVİNİ ÜZLƏMİŞƏM…»

Global Construction” MMC-nin təsisçisi Miryusif Mahmudov vəkillərin vəsatətləri ilə razı olduğunu deyib və özünü günahkar bilmədiyini söylədib: “13 aydır günahsız yerə Kürdəxanıda yatırıq. Mənxaleddin-1024x759 və burada olan digər şəxslərin əlbir olduğumuzu, bu əməli törətdiyimizi deyirlər. Yanımda əyləşənlərdən birinin əlində qələm, dəftər gördüm. Vəkil olduğunu düşündüm. Kim olduğunu soruşanda bildim ki, o da həbs olunub. Axı biz necə əlbir ola bilərik?

Bina yanarkən 30 MTN əməkdaşı şirkətdə yoxlama apardı. Məni MTN-ə apardılar. Oradan isə prokurorluğa. MTN-dən çıxarılanda sevindim ki, prokurorluqda bu iş doğru araşdırılacaq. Ancaq istintaqçılar elə bir iş ortaya qoydular ki, buna yalnız təəssüf edirəm. Hamımız insanıq, qəza ola bilər, başımıza iş gələ bilər. Ancaq gərək bu düzgün araşdırılsın. Lakin mən və digərlərinin işi ədalətsiz şəkildə aparıldı.

Mən hər kəsin diqqətinə çatdırmaq istəyirəm ki, binanı üzlədiyimiz materialla öz evimi, qızımın evini, 60 nəfərin çalışdığı şirkətimin binasını üzləmişəm. Niyə biz bu qədər insafsız idik ki, təhlükəli materialla binanı üzləyək? Mən bu günə qədər bircə dəfə də olsun polislə üz-üzə gəlməmişəm, axı bizi niyə günahsız yerə 13 ay istidə həbsdə saxlamalıdırlar. Heç birimiz qaçmırıq. Xahiş edirik, vəsatətlər təmin olunsun, biz də işin ədalətli şəkildə araşdırılması üçün əlimizdən gələni edək. Biz dövlətimizə, millətimizə xidmət etmiş insanlarıq”.
Məhkəmə prosesi iyunun 29-da davam etdiriləcək.

Məlumat üçün bildirək ki, bina üzlənərkən və yanğın baş verərkən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov olub.

Qeyd edək ki, qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktorun müavini Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçisi Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin idarə heyətinin sədr müavini Əsgərov Ələkbər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəm oğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi vəzifəsində işləmiş rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.

Xatırladaq ki, yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir