
Muxalifet.az xəbər verir ki, bunu Rusiya Strateji Araşdırmalar İnstitutunun üzvü Vladimir Fitin deyib.
“Pentaqon belə, İŞİD-lə mübarizə bitməyənə qədər YPG-nin başçılıq etdiyi DSQ-ya yardımı kəsməyəcəyini bildirdi. ABŞ Suriyada qalmaq üçün heç bir əsası və hüququ yoxdur. Vaşinqton əlindəki imkanları itirməmək üçün hər şeyi edəcək”, – ekspert bildirib.
Qeyd edək ki, Türkiyə və ABŞ liderləri arasında telefon danışığı baş tutmuşdu.
Tramp müzakirə zamanı Ərdoğana YPG-yə yardımı dayandıracağını demişdi.